Düşənbə MDB-nin mədəniyyət paytaxtı elan edilib

Düşənbə MDB-nin mədəniyyət paytaxtı elan edilib
  • Mədəniyyət

  • Tacikistanın paytaxtı Düşənbə 2021-ci ildə Müstəqil Dövlətlər Birliyinin (MDB) mədəniyyət paytaxtı elan edilib.

    LEQAL.AZ-ın məlumatına görə, bununla bağlı açıqlama Düşənbədəki Sədrəddin Ayni adına Opera və Balet Teatrında elan olunub.

    Sonra Düşənbə şəhərinin MDB-nin mədəniyyət paytaxtı elan olunması ilə əlaqədar sənədli film nümayiş etdirilib, Tacikistanın və Müstəqil Dövlətlər Birliyinin üzvü olan digər ölkələrin incəsənət xadimlərinin ifasında geniş konsert proqramı olub.

    Xatırladırıq ki, 2015-ci ildə Gəncə, 2017-ci ildə isə Qəbələ şəhəri MDB-nin mədəniyyət paytaxtı olub.
    PAYLAŞ:

    Oxşar xəbərlər