Ramiz Məmmədov dəfn olundu - FOTO

Ramiz Məmmədov dəfn olundu - FOTO
  • Mədəniyyət

  • Xalq artisti Ramiz Məmmədovla vida mərasimi keçirilib.

    LEQAL.AZ apa-ya istinadən xəbər verir ki, vida mərasimi Təzə Pir məscidində baş tutub.

    Mərasimdə R. Məmmədovun ailə üzvləri, yaxınları və sənət yoldaşları iştirak edib.

    Daha sonra mərhum Yasamal qəbiristanlığında torpağa tapşırılıb.

    Qeyd edək ki, xərçəng xəstəliyindən əziyyət çəkən Ramiz Məmmədov dünən günorta saatlarında vəfat edib.

    PAYLAŞ:

    Oxşar xəbərlər