Beyləqanda Qarabağ - Vətən müharibəsinə həsr olunmuş fotosərgi təşkil olunub - FOTO

Beyləqanda Qarabağ - Vətən müharibəsinə həsr olunmuş fotosərgi təşkil olunub - FOTO
  • Mədəniyyət

  • Beyləqan Tarix-Diyarşünaslıq Muzeyinin qarşısında hərbi fotoqraf Nurməmməd Vəliyevin fotolarından ibarət Qarabağ - Vətən müharibəsinə həsr olunmuş fotosərgi keçirilib.

    LEQAL.AZ xəbər verir ki, sərgidə Azərbaycan Yazıçılar Birliyinin Beyləqan bölməsinin şair və yazıçıları, Qarabağ müharibələri veteranları, qaziləri və şəhid ailələrinin üzvləri, mədəniyyət işçiləri, muzeyin əməkdaşları, rayon ictimaiyyəti və məktəblilər iştirak ediblər. İştirakçılar karantin qaydalarına əməl etməklə fotosərgi ilə tanış olublar.

    Sərginin təşkilatçısı Mehman Əliyev tədbiri açıq elan edərək tədbirin keçirilməsinin Beyləqan ictimaiyyətinə, xüsusən də məktəblilərə hərbi vətənpərvərlik hisslərinin aşılanmasında böyük rolu olduğunu vurğulayıb.

    Azərbaycan Yazıçılar Birliyinin Beyləqan Bölməsinin sədri Fazil Əsəd, şairlərdən Feyruz Hilaloğlu, Əlixan Ziya, Şəhid ailələri, Vətən Müharibəsi Veteranları, Qarabağ Müharibəsi Qaziləri, Mərdan Səfərov, Vidadi Əhmədov, Mirzə Azadov, İlham Quliyev, Vüqar Süleymanov, Bahadur bəy və başqaları çıxış edərək sərginin təşkilinə görə dərin təşəkkürlərini ifadə ediblər. Eyni zamanda, Azərbaycan Respublikasının Şəhid Ailələri, Əlilləri və Müharibə Veteranlarının Hüquqlarının Müdafiəçisi İctimai Birliyinin sədri Mərdan Səfərov Qarabağ müharibəsi veteranı, fotoqraf Nurəhməd Vəliyevin sərgisinin ictimaiyyətə təqdim olunmasında fəal iştirakına görə Mehman Əliyevə Fəxri diplom təqdim edib.

    Sonra çıxış edən Fazil Əsəd hərbi vətənpərvərlik mövzusunda keçirilən tədbirlərin hər bir Azərbaycan vətəndaşı üçün önəmli olduğunu qeyd edib. Bölmənin birinci müavini Raquf Budaqlı şair və yazıçılarımızın vətənpərvərlik mövzusunda yazdığı əsərlərin gənc nəslin maariflənməsində böyük əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb.

    Şair və yazıçılardan Bəhram Fərmanzadə, Feyruz Hilaloğlu, Mirvari Qarabağlı, Rövşən Budaq, Ağa Savalan, Vəliyyədin Əhmədbəy, Arif Həsənli, Əhməd Xalacoğlu, Əlixan Ziya Vətən müharibəsinə həsr etdikləri yeni şeirlərini oxuyublar.

    PAYLAŞ:

    Oxşar xəbərlər