Mədəniyyət naziri Anar Kərimov Türkiyədə rəsmi səfərdədir

Mədəniyyət naziri Anar Kərimov Türkiyədə rəsmi səfərdədir
  • Mədəniyyət

  • Bu gün Ankarada Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoyla Azərbaycanın mədəniyyət naziri Anar Kərimovun ikitərəfli və heyətlərarası görüşü keçiriləcək.

    LEQAL.AZ-ın xəbərinə görə, görüşdən sonra ilk dəfə iki ölkə arasında Azərbaycan-Türkiyə mədəniyyət əlaqələri üzrə Birgə Hökumətlərarası Komissiyanın birinci iclasının protokolu imzalanacaq.

    Azərbaycanın mədəniyyət naziri Anar Kərimovun rəhbərliyi ilə 9 nəfərlik heyət 28 fevral-3 mart 2021-ci tarixlərində Ankara və İstanbulda ölkələrarası mədəni əlaqələrin inkişafı üzrə müxtəlif rəsmi görüşlər keçirəcək. Heyət iki ölkə arasında mədəniyyət, incəsənət sahələrində əlaqələrin daha da genişləndirilməsi üçün araşdırmalar aparacaq.

    Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu il fevralın 11-də “Azərbaycan Respublikası hökuməti ilə Türkiyə Respublikası hökuməti arasında mədəniyyət mərkəzlərinin təsis olunması, iş mexanizmi və fəaliyyətləri haqqında” Sazişi təsdiq edib. Saziş 25 aprel 2018-ci il  tarixində Ankarada imzalanıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər