LEQAL.AZ xəbər verir ki, Xalq artisti Səfurə İbrahimova dünyasın dəyişib.
Safurə İbrahimova 1938-ci il dekabr ayının 27-də Bakıda doğulub. 1955-ci ildə 14 saylı orta məktəbi bitirib. 1955–1960-cı illərdə "Stalinneft"də, 44 saylı orta məktəbdə işləyib, dram dərnəyinə gedib.
O, 1960-cı ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Birinci kursda oxuyarkən Akademik Milli Dram Teatrının repertuarında olan İslam Səfərlinin "Ana ürəyi" dramının tamaşasında Xatirə roluna dəvət edilib.
Bundan sonra daha bir neçə rol oynayan tələbə-aktrisa 1961-ci il noyabr ayının 1-də Akademik teatrın truppasına daxil olub.
Səfurə İbrahimova 2005-ci ilə qədər bu teatrda işləyib.
SSRİ dövründə Novruz bayramı keçirilərkən ilk bahar qızı məhz Səfurə İbrahimova olub.
Allah rəhmət eləsin!