Azərbaycan təsviri sənətində öz dəst-xətti ilə seçilən rəssamlardan biri də İlqar Balayevdir.
Bu dəfə o, Masallı rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədovun təşəbüssü ilə Azərbaycan mədəniyyətinin, incəsənətinin inkişafında böyük əməyi olan Mirkazım Aslanlının büstünü hazırlayıb. Büst olduqca maraqlı görkəm alıb.
Mir Kazım Aslanlı bir çox musiqi alətlərində çalmağı bacarsa da, ən çox sevdiyi və çox vaxt yanında gəzdirdiyi skripka olmuşdur. O, “Qəhrəman qız”, “Şirvan gözəli”, “İntizar” və s. mahnıların, bitməmiş “Dəmbəlo şikəstəsi” simfoniyasının müəllifidir. Onun musiqi sahəsindəki çabaları heç də bunlarla bitmir. Filologiya elmləri namizədi, şair Dəmir Gədəbəyli 2 sentyabr 1988-ci ildə “Ədəbiyyat və İncəsənət” qəzetində dərc etdirdiyi “Sazdan sözə, sözdən işə” məqaləsində yazır:
HAŞİYƏ: Mir Kazım Mir İskəndər bəy oğlu Aslanlı 1912-ci ildə Masallı rayonunun İsi kəndində bəy ailəsində anadan olmuşdur.
Onu anası Mehrac xanım, babası Mirabdulla bəy böyüdüb boya-başa çatdırmışdı. Mir Kazım Aslanlı xeyli gec, 1945-ci ildə öz həmyerlisi, özündən yaşca çox kiçik olan Fəridə xanımla ailə qurur və bu nigahdan övladı olmur.
Onuda qeyd edək ki, İstisuyun həqiqətən də müalicəvi olmasını Mirkazım Aslanlı sübut etmişdir.
Mir Kazım Aslanlı 25 yanvar 1975-ci ildə Bakı şəhərində vəfat edir, doğulduğu İsi kəndindəki qəbristanlıqda, özünün vəsiyyətinə görə müqəddəs “Göy öküzün məzarı”nın yaxınlığında dəfn olunur.
www.leqal.az