“Rəssamlıq gözəgörünməz poeziyadır!”
Belə ki, İlqar Balayev ədəbi vətənpərvərlik mövzularına tez-tez müraciət edir, sanballı əsərlər yaradır. Əlindən çıxan sənətkarlıq nümunəsi respublikamızın hər yerində həmişə rəğbətlə qarşılanır.
Bu dəfə o, ilk məşhur Azərbaycan şairəsi Məhsəti Gəncəvinin Tut ağacından çox böyük zəhmət tələb edən portretini hazırlayıb.
Onun həyatı gözlənilməz dönüşləri, ağlagəlməz uğurları, xoş xatirələri ilə nağıla bənzəyir.
İlqar Balayev fitri istedad, bacarığı, öyrənmək həvəsi, yeniyə can atmaq istəyi ömrü boyu onun axtarışıdır.
Sənin sənətin musiqi çalmaqdırsa,
Mən zil və bəm səsləri dinləmək istəyirəm
Sürməli kipriklərini yana dartma
Bir ox at, közləyirəm
Bilirsən ki, sənsiz yaşamağa qüdrətim çatmır,
Əgər həyatımı istəyirsənsə, al, sənə verirəm.
Görürəm, əbəs yerə uğura ümid bağlamışam,
Mən son nəfəsimlə səni çağırıram.
Nizami öz canını sənə bağışlayır –
Qəbul et, necə ki, mən iztirabları qəbul edirəm...
Xatırladaq ki, Məhsəti Gəncəvinin rübailəri təkcə azərbaycan dilinə deyil, ingilis, italyan, alman və fransız dillərinə tərcümə edilmişdir. Məhsəti Gəncəvinin Gəncədə muzeyi yaradılmış və 1980-cı ildə heykəli ucaldılmışdır.
Heykəltəraşın övladları Aqşin və Müstəqil Balayev qardaşları atasının yolun davam etdirilər.
LEQAL.AZ