7-ci Bakı Beynəlxalq Kitab Sərgisində İran səfirliyi ilə yanaşı İran Mədəniyyət Mərkəzi də təmsil olunub. Qeyd edək ki, ölkələr beynəlxalq sərgilərdə iştirak etdiyi zaman öz ölkəsinin bayrağını da nümayiş etdirir. O cümlədən də bizim sərgidə İran, Kolumbiya, İndoneziya, Özbəkistan kimi ölkələrin stenddə bayraqları nümayiş olunub.
Leqal.az xəbər verir ki, bu sözləri Mədəniyyət Nazirliyinin mətbuat xidmətinin rəhbəri Məryəm Qafarzadə Bakıda keçirilən 7-ci Beynəlxalq Kitab Sərgisində Nizami Gəncəvi guşəsində Azərbaycan bayrağı ilə bərabər İran bayrağının da asılmasının səbəbi haqda danışarkən deyib.
O bildirib ki, sərgi ümumilikdə Nizami Gəncəvinin 880 illiyinə həsr olunub və orada İran stendində Nizami Gəncəvinin portreti önündə Azərbaycan bayrağı ilə bərabər İran bayrağının da qoyulması adi qaydadır:
“Burda hər hansı məna axtarmaq lazım deyil. Bir çox nəşriyyatların stendində də Nizami Gəncəvinin plakatları əks olunub”./Kult.az