Yaponiyada hərbi təyyarə bazasına ayı girib

Yaponiyada hərbi təyyarə bazasına ayı girib
  • Maraqlı

  • Yaponiyanın Sapporo şəhərində yeləşən Özünümüdafiə Hava Qüvvələrinin təyyarə bazasının ərazisinə ayı girib.

    LEQAL.AZ  report-a istinadən xəbər verir ki, bu barədə “Kyodo” agentliyi bildirib.

    Qeyd edilir ki, heyvan bundan sonra təyyarə bazasının hərbi qulluqçularından birinə hücum edib. NHK telekanalının məlumatına görə, yırtıcı daha əvvəl 80 yaşlı kişiyə və 70 yaşlı qadına hücum edərək xəsarət yetirib. Onlar xəstəxanaya çatdırılıblar.

    Yaponiya hakimiyyəti 2020 maliyyə ilində (1 aprel 2020-ci il - 31 mart 2021-ci il) ölkə sakinlərinə ayıların 158 hücumunu qeydə alıb. Bu, “gündoğar ölkə” üçün rekord olub.
    PAYLAŞ:

    Oxşar xəbərlər