Nəyə görə ölkələrin yarısı çaya “çay”, digərləri isə “tea” deyir

Nəyə görə ölkələrin yarısı çaya “çay”, digərləri isə “tea” deyir
  • Maraqlı

  • Muüasir postmodernist fəlsəfi formasiyada nəyi isə tam yarıdan bölmək demək olar ki, mümkünsüz oldu.

    Artıq bəzi bunar şeylər “nüans müdaxiləsinə” məruz qalır.

    Amma hələ də dünyanın yarısı çaya “çay”, digər hissəsi isə “tea” (ti, te) deyir. Bu necə alınıb?

    Bildiyimiz kimi çayı çinlilər ixtira edib. İlk dəfə çay Tan sülaləsinin (təxminən VII-ci əsr) vaxtında qeyd edilir. Əvvələr çay 荼 kimi qeyd edilirdi. Sonra isə bu iyeroqlifdə horizontal xətlərdən biri yox olur və söz müasir çin yazılışına malik olur -茶.

    Çin dilibir yazı sistemi, lakin tamamən fərqli səslənə bilən dialektlərdir. Şimalda bu iyeroqlif “ça”, cənubda isə hakka xalqı tərəfindən “te” və ya “tey” kimi oxunur

    Bölünmə məhz burdan qaynaqlanır. Çay səhayətçilərin çox xoşuna gəlirdi, ixrac isə ölkənin şimal tərəfindən təşkil edilirdi. Şimali Çindən çay Yaxın Şərqə, oradan da daxili Avropaya keçir.

    Buna görə də, buralarda bu içki çay adlanır: Yaponiyada - oça, İranda – ça, Monqolustanda, Türkiyədə, Azərbaycanda və Rusiyada – çay, Koreyada isə - sa.

    Çinin cənubunda yerləşən Syamın (厦门) şəhəri isə çayı dəniz vasitəsi ilə ixrac edirdi. Bu səbəbdən Böyük Britaniyada, İspaniyada, İndoneziyada və hətta Yeni Zelandiyada yaşayan maorilər bu içkiyə ti və ya te deyir.


    Lakin əgər sən əsl postmodernistsənsə və bu bölgü sənin xoşuna gəlmirsə kofe iç. Çünki bütün dünyada bu içki demək olar ki eyni tərzdə səslənir.

    PAYLAŞ:

    Oxşar xəbərlər