Rumıniyada Kaloşvar bələdiyyə sədri olan Emil Boc kitab oxumağı təşviq etmək üçün olduqca maraqlı bir layihə inkişaf etdirdi.
LEQAL.AZ xarici mediaya istinadən xəbər verir ki, layihəyə əlində kitab olanlar müəyyən tarixlərdə bələdiyyənin avtobuslarından pulsuz istifadə edəcəklər.
Layihəyə əsasən kitab oxuyanlar, əlində kitab olanlar müəyyən tarixlərdə bələdiyyənin avtobuslarına pulsuz minərək səyahət edə bilərlər.
Layihənin ideya başçısı olan Viktor Miron məqsədinin "daha çox insanları kitab oxumağa təşviq etmək" olduğunu deyib.
Layihəni Facebookdan görən bələdiyyə sədrinin bunu həyata keçirmək istəməsi onu çox məmnun edib.
Bir il ərzində çox çalışmaqla bu oxuma layihəsi təsirini dünyada səs gətirərək göstərmişdir.
Miron, "kitab oxumayanları tənqid etmək əvəzinə kitab oxuyanları mükafatlandırmanın" insanları motivasiya edəcəyini və oxuma vərdişi verəcəyini deyir.