“Hizbullah”ın kamikadze-dronları Hayfada İsrail Ordusunun bazasına zərbələr endirib.
Leqal.az xəbər verir ki, bu haqda “Haaretz” məlumat paylaşıb.
Qeyd olunub ki, Hayfanın cənubunda “Qolani” diviziyasına məxsus hərbi bazaya PUA hücumu nəticəsində azı 3 hərbçi həlak olub, 20-si yaralanıb.
Məlumata görə, dronlar İsrailin hava hücumundan müdafiə sistemindən yan keçib./Qafqazinfo