Rusiya həbsxanasında məhbuslar işçiləri girov götürdü - Ölən var

Rusiya həbsxanasında məhbuslar işçiləri girov götürdü - Ölən var
  • Maraqlı / Dünya

  • Rusiyada ciddi rejimli cəzaçəkmə müəssisəsində bir neçə məhbus müəssisənin əməkdaşlarını girov götürüb.

    “Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, hadisə Volqoqrad vilayətində baş verib.

    Məlumata görə, insident zamanı həbsxananın bir əməkdaşı qətlə yetirilib. 

    Bildirilir ki, hücumda azı 3 məhbus iştirak edib. Hazırda girovların azad edilməsi ilə bağlı əməliyyat keçirilir.

    ***

    İnsident zamanı xəsarət alan 4 nəfər xəstəxanaya yerləşdirilib. 

    ***

    Rusiya mediasının məlumatına görə, məhbuslar helikopter və 2 milyon dollar tələb edirlər. 

    ***

    Rusiyanın “Shot” və “Mash” teleqram kanallarının məlumatına görə, qiyamda 4 məhbus iştirak edir və onlardan 2-si Tacikistan, 2-si isə Özbəkistan vətəndaşıdır. Onların 23-29 yaş aralığında olduğu vurğulanıb. 

    PAYLAŞ:

    Oxşar xəbərlər