Kursk vilayətində Seym çayı üzərindəki körpü dağıdılıb.
Bu barədə Leqal.az UNİAN-a istinadən xəbər verir.
Məlumata görə, Ukrayna qoşunları Qluşkovski rayonunu tutmağa çalışır.
Bu barədə bu gün günortadan sonra Kursk vilayətinin qubernatorunun müşaviri Roman Alexin bildirib. O, həmçinin teleqram kanalında Ukrayna qüvvələrinin Zvannoye kəndindəki körpünü vurduğunu yazıb.
Məlumatda o da qeyd olunur ki, mövcud durumla əlaqədar regionda 700 rus hərbçisi mühasirədə qalıb.