Çinin şimal-qərbindəki Qansu və Çinxay əyalətlərində baş vermiş zəlzələ qurbanlarının sayı azı 116 nəfərə çatıb.
Leqal.az xəbər verir ki, bu barədə Çinin Mərkəzi Televiziyası məlumat yayıb.
Məlumata görə, 1,5 mindən çox xilasedicinin iştirak etdiyi fəlakət zonasında genişmiqyaslı axtarış-xilasetmə əməliyyatlarına başlanılıb.
Bildirilib ki, hadisə nəticəsində ölənlərin sayının artacağı istisna edilmir.