Putin Rusiya ordusundakı əsgərlərin sayını artırdı

Putin Rusiya ordusundakı əsgərlərin sayını artırdı
  • Maraqlı / Dünya

  • Rusiya Prezidenti Vladimir Putin ordudakı əsgərlərin sayını təxminən 170 min nəfər artırıb.

    Leqal.az xəbər verir ki, bununla bağlı Rusiya lideri fərman imzalayıb.

    Fərmana əsasən, 1 milyon 320 mini əsgər olmaqla Rusiya Silahlı Qüvvələrinin şəxsi heyətinin sayı 2 milyon 209 min 130 nəfər müəyyən edilib.

    Qərar imzalandığı gündən qüvvəyə minib.

    Qeyd edək ki, Putinin 2023-cü il yanvarın 1-dən qüvvəyə minən əvvəlki fərmanına əsasən, Rusiya ordusunda şəxsi heyətin sayı 1 milyon 150 min 628 əsgər olmaqla 2 milyon 39 min 758 nəfərdən ibarət olub.
    PAYLAŞ:

    Oxşar xəbərlər