Rusiyanın hava hücumundan müdafiə sistemləri Ukrayna ordusunun Krım ərazisinə atdığı iki S-200 raketini zərərsizləşdirib.
Leqal.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, raketlərin qalıqları boş əraziyə düşüb, sonra isə yerdə partlayıb.
Tələfat və dağıntı yoxdur.//axar.az