“Avroviziya 2023”ün qalibi İsveç təmsilçisi Lorin seçilib.
O ifa etdiyi "Tattoo" mahnısı ilə hamını qabaqlayaraq (583 xal) ilk pillədə yer alıb. İfaçı həm tamaşaçıların, həm də münsiflərin yüksək səsini qazana bilib. İkinci yerdə isə Finlandiya təmsilçisi qərarlaşıb (523 xal). İlk üçlüyü İsrail tamamlayıb (362 xal).
Qeyd edək ki, bu, Lorinin müsabiqədə ikinci qələbəsidir. Bundan əvvəl o, “Euphoria” mahnısı ilə 2012-ci ildə Bakıda keçirilən yarışmada qalib gəlib.
Xatırladaq ki, Azərbaycanı “Avroviziya” mahnı müsabiqəsində Tural və Turan Bağmanov qardaşları “Tell me more” mahnısı ilə təmsil edib, lakin onlar yarışmanı yarımfinalda başa vurublar.
02:23
Azərbaycan “Avroviziya 2023” mahnı müsabiqəsinin finalında səsvermədə iştirak edib.
Oxu.Az xəbər verir ki, ölkəmiz ən yüksək 12 xalı İsrailə verib.
Azərbaycanlı tamaşaçılar Estoniyaya 1, Ukraynaya 2, Finlandiyaya 3, İsveçrəyə 4, Avstraliyaya 5, İtaliyaya 6, İspaniyaya 7, Albaniyaya 8, İsveçə 10 xal veriblər.
Azərbaycanın ballarını İctimai TV-nin aparıcısı Nərmin Salmanova elan edib.
23:28
Bu gün Liverpul şəhərində “Liverpool Arena” idman-konsert meydançasında “Avroviziya 2023” beynəlxalq mahnı müsabiqəsinin finalı başlayıb.
Finalda 26 ölkənin nümayəndəsi iştirak edir. Müsabiqənin qalibi tamaşaçılar və peşəkar münsiflər heyətinin birgə səsverməsi nəticəsində müəyyənləşəcək.
Xatırladaq ki, Azərbaycanı təmsil edən TuralTuranX dueti finala keçmək üçün lazımi səsləri toplaya bilməyib.
Qeyd edək ki, Avropa bukmekerləri İsveçi qələbəyə əsas iddialı adlandırırlar. Ölkəni yenə də Bakıdakı “Avroviziya 2012”də qalib gələn müğənni Lorin təmsil edir.
Oxu.Az müsiqi yarışını canlı təqdim edir: