Dmitri Kuleba: “İran Ukraynaya həkimlərdən ibarət heyət göndərib”

Dmitri Kuleba: “İran Ukraynaya həkimlərdən ibarət heyət göndərib”
  • Maraqlı / Dünya

  • İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian kütləvi informasiya vasitələrində İranın guya Rusiyaya silah göndərməsi ilə bağlı yayılan xəbərləri təkzib edib.

    Bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba məlumat verib.

    “Mən İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiana zəng etdim. İran Rusiyanın Ukrayna ilə müharibəsinə qarşıdır, diplomatik qərarları dəstəkləyir”, - Ukraynanın xarici işlər naziri qeyd edib.

    “Xarici işlər naziri Abdullahiana İran şirkətlərinin köməyi ilə Rusiyaya silah tədarükü ilə bağlı iddiaları təkzib etdiyinə, eləcə də Ukraynaya göndərilən həkimlərdən ibarət heyətə görə minnətdaram” – Ukraynanın xarici işlər naziri Dmitri Kuleba fikrini tamamlayıb.

    Dmytro Kuleba

    @DmytroKuleba

    Call with FM Hossein Amir Abdollahian. Iran stands against Russia’s war on Ukraine, supports a diplomatic solution. Grateful to FM Abdollahian for refuting allegations of arms transfers to Russia with the help of Iranian companies, as well as for the medical team sent to Ukraine.


    PAYLAŞ:

    Oxşar xəbərlər