Putinin sanksiyalara məruz qalan qızları haqqında maraqlı faktlar... - ARAŞDIRMA

Putinin sanksiyalara məruz qalan qızları haqqında maraqlı faktlar... - ARAŞDIRMA
  • Maraqlı / Dünya

  • Vladimir Putinin şəxsi həyatı və ailəsi haqqında az məlumatlıyıq. Rusiya prezidenti bu mövzuları "təhlükəsizlik mülahizələri"nə görə müzakirə etməyi sevmir, özü bir dəfə belə deyib. Bununla yanaşı, ABŞ- ın yeni sanksiyalar raundu diqqəti Putinin hazırda Amerikanın "qara siyahısı"nda olan iki böyük qızları- Katerina və Mariyaya yönəldib.
     
    Hazirda həbsdə olan rusiyalı müfalifət siyasətçisi Aleksey Navalnının baş strateqi olan Leonid Volkov deyir ki, Putinin qızlarının sanksiyalar siyahısına salınması mühüm, amma rəmzi addımdır və göstərir ki, "biz şəxsən Putini təqib edirik, biz onun bu qanlı müharibənin törədilməsində şəxsi günahını anlayırıq".
     
    "Mister Putin kimdir?" kitabının həmmüəllifləri Fiona Hill və Klifford Qeddi 2015- ci ildə Rusiya prezidentinin tərcümei- halında qeyd edib ki, "belə görkəmli ictimai fiqur üçün şəxsi məlumatlar kasaddır". İki qadın heç vaxt ictimaiyyətə açıqlamayıb ki, Rusiya lideri onların atasıdır. Onların anası Lüdmila 1983- cü ildə DTK əməkdaşı Putinə ərə gedəndə  "Aeroflot"un stüardessası olub. Onların nikahı 30 il davam edib və boşanma ilə bitib.
     
    ABŞ məmurları iddia edir ki, 35 yaşlı Katerina Tixonova texniki direktordur, onun işi Rusiya hökumətinə və müdafiə sənayesinə kömək edir. Onun 36 yaşlı bacısı Mariya Vorontsova dövlət tərəfindən maliyyələşdirilən, Kremldən genetika sahəsində tədqiqatlara milyardlarla dollar almağa imkan verən və şəxsən Putin tərəfindın nəzarət edilən proqramlar rəhbəridir.
     
    YouTube- dakı videoçarxdan Katerina Tixonovanın akrobatik rok- n- rolla məşğul6 olduğunu və hətta beynəlxalq yarışlarda yüksək yerlər qazandığını görmək olar. Lakin 2015- ci ildə Röyter agentliyi tərəfindən aparılan araşdırma göstərib ki, rəqslər onun yeganə ehtirası deyil.
     
    Jurnalistlərin məlumatlarına görə, Katerina Putinin köhnə dostu, "Rusiya" bankının səhmdarı (ABŞ hökuməti onu "yüksək vəzifəli Kreml məmurlarının bankl adlandırır) Nikolay Şamalovun oğlu Kiril Şamalova ərə gedib.
     
    Cütlüyün korporativ aktivləri digər əmlak və aktivlərdən başqa 2 milyard dollar məbləğində dəyərləndirilir. ABŞ-ın Xəzinədarlıq idarəsi bəyan edib ki, "onun sərvəti evlənəndən sonra xeyli yaxşılaşıb". O, 2002- ci ildə "Qazprom"un xarici iqtisadi fəaliyyət üzrə baş hüquq məsləhətçisi təyin edilib, o zaman cəmi 20 yaşı olub. Toylarından İki ildən sonra "Forbes" jurnalı Şamalovu Putinin müttəfiqi, sonradan sanksiyaıar altına düşən Gennadi Timçenkonun "Sibur" neft- kimya şirkətinin səhmlərinin 17 faizinə sahib olandan sonra ən gənc Rusiya milyardçısı adlandırıb.
     
    Röyterin araşdırmasına görə, Şamalovun və Tixonovanın Fransanın Biarrits kurortunda dəniz sahilində dəbdəvəli villası olduğu deyilir.
    Ötən ay 8 yataq otağı olan "Alta Mira" villası Putinəleyhinə nümayişçilər tərəfindən sındırılıb, sosial şəbəkədə video yerləşdirilib və belə bəyanat paylaşılıb: "Bu ev Putin və rus mafiyası tərəfindən oğurlanan pullar hesabına alınıb".
     
    "Putin- Şamalov oliqarxlarının dəbdəbəli sığınacağı əvəzinə biz burada Putin rejiminin qurbanları, xüsusilə müharibədən, repressiyalardan və işgəncələrdən qaçmağa məcbur olan Ukraynadan və Rusiyadan olan qaçqınların reabilitasiyası üçün yer təşkil etmək qərarına gəlmişik. Diktator və oliqarxların öz ölkələrini talamağın və Avropanın villalarında qayğısız yaşamağın zamanı arxada qalıb", - videoçarxda belə yazılıb.
     
    Tixonova Moskva Dövlət Universitetində müxtəlif vəzifələrdə işləyib, 2020- ci ildə dəyəri 1, 7 milyard dollar olan yeni "Süni intellekt və intellektual sistemlər problemləri" institutunun rəhbəri təyin edilib. Putin əvvəllər bu institutu "süni intellekt texnologiyalarının milli inkişaf strategiyasında ən mühüm vasitələrdən biri" adlandırıb.
    Onun rəsmi müşavirləri sırasında Putinin yaxın çevrəsinin 5 üzvü, o cümlədən onun böyüdüyü Drezdendəki çoxmənzilli evdə yaşayan iki sabiq DTK zabitlləri də var.
     
    Mariya Sankt- Peterburq universitetində biologiyanı və Moskva Dövlət Universitetində təbabəti öyrənib və genetik tədqiqatlarda iştirak edir.
    Rusiya və Qərbin KİV- lərinin məlumatlarına görə, o, Holland biznesmeni Yorrit Faassenə ərə gedib və bir müddət Niderlandda yaşayıb. 2014- cü ildə rusyönümlü qüvvələr tərəfindən Ukrayna üzərimdə MH17 təyyarəsinin vurulmasından sonra bəzi hollandıyalı qonşular hökuməti onların ölkədən qovulmasına çağırış edib.
     
    "Röyter"in araşdırmasında qeyd edilib ki, Vorontsovanın əri "Qazprombank"da işləyib.
     
    2019- cu ildə ABŞ- ın Moskvadakı səfirliyinin qarşısında penthausda yaşayan Vorontsova Rusiya dövlət televiziyasına müsahibəsində xərçəngin müalicəsinə kömək edən bahalı tibbi müəssisənin yaradılması planlarından danışıb.
     
    BBC Vorontsova ilə Ukraynaya hərbi müdaxilədən sonra ünsiyyətdə olan insanlara istinadən iddia edir ki, o, atasını müdafiə edir və dünya KİV-lərində münaqişənin işıqlandırılmasını şübhə altına alır.
     
    "The Guardian" qəzetinin məlumatına görə, bu yaxınlarda bir qrup amsterdamlılar Vorontsovaya müraciət edərək atasından Ukraynaya hərbi müdaxiləni dayandırmağı xahiş etməyə çağırış edib.
     
    Onlar cütlüyə məxsus olan torpağa bu yazılar olan lövhə yerləşdirib: 
     
    "Sizin dinc azad həyatınızın bir hissəsindən cəmi 2000 km aralıda atanız bütöv bir azad ölkəni və xalqını məhv edir. Görünür, sizin qocaya əl çatmır və onu heç cəlladlar da dayandıra bilmir. Lakin hamımızın bildiyi kimi, atalar və qızları tamam başqa aləmdir".
     
    Bir neçə illər öncə mətbuat konfransında Putin deyib ki, öz övladları ilə qürur duyur.
     
    "Mən onlarla qürur duyuram. Onlar oxumaqda və işləməkdə davam edirlər. Onlar heç bir sahibkarlıq fəaliyyəti ilə məşğul olmur, siyasətə qarışmır. Onlar harayasa can atmır", - o, əlavə edib.
     
    O, həm də deyib ki, nəvələri var, amma sayı barədə heç nə deməyib.
     
    "Nəvələrimə gəldikdə, onlardan biri artıq uşaq bağçasına gedir. Başa düşün, mən onların şahzadə kimi böyüməsini istəmirəm. Mən onların normal insanlar kimi böyüməsini istəyirəm", - o, belə deyib.
     
    Belə şayiələr dolaşır ki, Putinin, bəzi məlumatlara görə, əvvəllər xidmətçi olan, lakin prezidentlə görüşəndən sonra sürətlə varlanan Svetlana Krivonoqixdən üçüncü, daha "gizli" qızı var.
     
    Pandora Papers arxivi göstərib ki, 46 yaşlı Krivonoqix Monakoda ofşor şirkəti vasitəsilə qızı Liza dünyaya gələndən bir neçə həftə sonra mənzil sahibi olub.
    Kreml Lizanın prezident Putinin qızı olduğunu təkzib edib. Putin əvvəllər bəyan edib: "Mənim şəxsi həyatım var və heç kimə ona müdaxilə etməyə imkan vermirəm. Şəxsi həyata hörmətlə yanaşmaq lazımdır". Tərcümə Moderator.az-a məxsusdur

    "LEQAL.AZ"
    PAYLAŞ:

    Oxşar xəbərlər