Zelenski Milli Qvardiyanın komandanını işindən qovdu

Zelenski Milli Qvardiyanın komandanını işindən qovdu
  • Maraqlı / Dünya

  • Ukrayna Prezidenti Volodimir Zelenski orduda baş verən qanlı olaydan sonra Milli Qvardiyanın komandanı general-polkovnik Nikolay Balanı tutduğu vəzifədən azad edib və bu vəzifənin icrasını müvəqqəti olaraq general-leytenant Yuri Lebedə tapşırıb.

    "Leqal.az" xəbər verir ki, müvafiq fərmanlar Ukrayna prezidentinin saytında dərc olunub.

    Xatırladaq ki, ötən gün Ukrayna Milli Qvardiyasında xidmət edən 20 yaşlı əsgər Ryabçuk Artemi Yuryeviç xidməti silahından hərbçi yoldaşlarına atəş açıb.

    Qanlı insident nəticəsində beş nəfər ölüb, beş nəfər yaralanıb. /oxu.az/
    PAYLAŞ:

    Oxşar xəbərlər