Qırğızıstan - Tacikistan sərhədindəki gərginlik insan tələfatı ilə nəticələnib

Qırğızıstan - Tacikistan sərhədindəki gərginlik insan tələfatı ilə nəticələnib
  • Maraqlı / Dünya

  • Qırğızıstanla sərhəddə münaqişə zamanı Tacikistanın altı vətəndaşı yaralanıb. Onlardan biri ölüb, digərləri isə xəstəxanaya yerləşdirilib.

    Bu barədə yerli mətbuat məlumat yayıb.

    Bildirilib ki, Qırğızıstan tərəfdən atılan mərminin yaşayış evinə düşməsi nəticəsində Somoniyon kənd sakini həlak olub.

    Mənbə: TASS

    20:40

    Tacikistan və Qırğızıstan sərhədində iki ölkənin sərhəd xidmətləri arasında atışma başlayıb.

    Bu barədə Qırğızıstan Sərhəd Xidmətinin mətbuat idarəsi məlumat yayıb.

    Məlumata görə, Tacikistan tərəfi Qırğızıstan sərhəd mühafizəçiləri ilə atışma zamanı minaatanlardan və qumbaraatanlardan istifadə edir.

    Artıq hər iki tərəfdən bölgəyə ordu, polis və təhlükəsizlik qüvvələrinin cəlb edildiyi, yaralıların olduğu qeyd edilib.

    Həmçinin, tərəflər arasında danışıqların başladığı da bildirilib.
    PAYLAŞ:

    Oxşar xəbərlər