ABŞ və NATO Ukraynaya qoşun göndərməyəcək

ABŞ və NATO Ukraynaya qoşun göndərməyəcək
  • Maraqlı / Dünya

  • ABŞ prezidenti Co Bayden bildirib ki, Birləşmiş Ştatlar Ukraynaya qoşun yeritmək niyyətində deyil.

    “Bizim Ukraynada öz ordumuzu və NATO qüvvələrini yerləşdirmək niyyətimiz yoxdur”, - deyə dövlət başçısı bəyan edib.

    Həmçinin, NATO-nun baş katibi Yens Stoltenberq də analoji bəyanatla çıxış edərək alyansa məxsus hərbi birləşmələrin Ukraynaya göndərilməyəcəyini təsdiq edib.

    Bununla yanaşı, NATO-nun Şərq cinahında, o cümlədən də bölgəyə ABŞ əsgərlərinin göndərilməsi hesabına hərbi ittifaqın qüvvələrinin gücləndirilməsi istisna edilməyib. /oxu.az/

    LEQAL.AZ
    PAYLAŞ:

    Oxşar xəbərlər