Fransa Prezidenti Emmanuel Makron cümə günü rusiyalı həmkarı Vladimir Putinlə telefonla danışmağı planlaşdırır.
“Leqal” Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Makron Almaniya kansleri Olaf Şoltsla keçirdiyi brifinqdə deyib.
“Cümə günü səhər Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı olacaq”, - deyə Fransa lideri bildirib.
Fransa Prezidenti deyib ki, Putinlə söhbət zamanı bir sıra məsələləri müzakirə etmək və narahatlıq doğuran məsələlərə aydınlıq gətirmək niyyətindədir.