Ermənistan prezidenti istefa verib

Ermənistan prezidenti istefa verib
  • Maraqlı / Dünya

  • Ermənistan prezidenti Armen Sarkisyan istefaya getdiyini bildirib.

    Bu barədə onun rəsmi saytı məlumat yayıb.

    Armen Sarkisyan bəyan edib ki, onun Ermənistan prezidenti postundan getməsi daxili və xarici siyasətə təsir alətlərinin olmaması ilə bağlıdır.

    “Mən çox uzun müddət düşündüm və demək olar ki, dörd illik fəal işimdən sonra Ermənistan prezidenti postundan istefa vermək qərarına gəldim. Bu, qətiyyən emosional qərar deyil və müəyyən mənti düşüncələrdən irəli gəlir... Dövlətimiz üçün çətin, milli birliyin lazım olduğu bu dövrdə prezident institutu dedi-qodu və sui-qəsd nəzəriyyələrinin obyektinə çevrilməməli, bununla da ictimaiyyətin diqqətini ən mühüm məsələlərdən yayındırmalıdır. Bu gün bizə hər zamankından daha çox mənalı, mötəbər, yaxşı düşünülmüş bir fəaliyyət lazımdır. Əks halda biz - bütün dünya erməniləri öz missiyamızın məqsədinə çatmayacaq, özümüzü tarixin bir küncündə görəcəyik. Artıq səhv etmək ixtiyarımız yoxdur”, - deyə Sarkisyan bəyanatında qeyd edib. /oxu.az/

    LEQAL.AZ


    PAYLAŞ:

    Oxşar xəbərlər