Rusiyada bir ailənin üç üzvü qətlə yetirildi

Rusiyada bir ailənin üç üzvü qətlə yetirildi
  • Maraqlı / Dünya

  • Rusiyanın Omsk vilayətində fərdi yaşayış evindən valideynlərin və 2011-ci il təvəllüdlü uşağın meyiti aşkar edilib.

    Bu barədə vilayət prokurorluğunun saytında məlumat verilib.

    İlkin məlumata görə, onların ölümünə bıçaq xəsarətləri səbəb olub.

    Daha iki uşaq qonşulara qaçaraq sağ qalıb. Hazırda şübhəlinin axtarışları davam etdirilir.

    Həyatını itirən 10 yaşlı qız uşaqlıqdan əlil olub. İlkin məlumata görə, 38 yaşlı atası və 35 yaşlı anası onun gözləri önündə öldürülüb. Qadının meyiti dəhlizdə tapılıb. /oxu.az

    LEQAL.AZ
    PAYLAŞ:

    Oxşar xəbərlər