Nazarbayevin iki kürəkəni vəzifədən gedib

Nazarbayevin iki kürəkəni vəzifədən gedib
  • Maraqlı / Dünya

  • "KazTransOil” SC-nin İdarə Heyətinin sədri Dimaş Dosanovun və "QazaqGaz" SC-nin İdarə Heyətinin sədri Kayrat Şaripbayevin səlahiyyətlərinə xitam verilib.

    “Leqal”  “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə “Samuk-Kazına” Dövlət Fondu məlumat yayıb.

    Qeyd edək ki, Dosanov Nursultan Nazarbayevin kiçik qızı Aliyənin həyat yoldaşıdır. Şaripbayevin isə, Nazarbayevin böyük qızı Dariqa ilə qeyri-rəsmi nikahda olduğu bildirilir. /report

    LEQAL.AZ
    PAYLAŞ:

    Oxşar xəbərlər