İlin ən yaxşı mənzərə

İlin ən yaxşı mənzərə
  • Maraqlı

  • Natural Landscape Awards beynəlxalq foto müsabiqəsinin münsiflər heyəti 2021-ci ilin qaliblərini elan edib.

    "Leqal"ın xarici mediaya istinadla məlumatına görə, “İlin fotoqrafı” adına amerikalı mənzərə fotoqrafı Erik Bennet layiq görülüb.

    İkinci yeri ABŞ-dan olan fotoqraf Ben Horn, üçüncünü isə alman Tobias Rixter tutub. Onların hamısı müsabiqəyə dünyanın hər yerindən təbiət mənzərələrinin gözəlliyini üzə çıxaran bir sıra fotoşəkillər təqdim ediblər.

    Tələbə yoldaşı ilə evlənən YAPON ŞAHZADƏSİ adi vətəndaşa çevriləcək - FOTO
    Müəllim və şagirdin amansız ehtirası: həyatlarını cəhənnəmə çevirdi
    Məşhur cütlük ayrıldı
    "İlin fotosu" amerikalı fotoqraf Stiv Altermanın İslandiyanın Fellsfyar qara qumlu çimərliyində çəkdiyi "kosmos" olub. Sahil boyu gəzən Stiv dalğaların qumun üzərinə atılan aysberq parçasına necə çırpıldığını görüb və bu gözəlliyi təsvir etməyə müvəffəq olub.

    Qeyd edək ki, bu il hakimlər ən yaxşı təbii landşaftların müsabiqəsinə qəbul edilən 9947 foto və 368 layihəni nəzərdən keçirməli olublar. Hakimliyin beş mərhələsi nəticəsində finala yalnız 120 foto, 10 layihə və 10 fotoqraf portfeli çıxıb.

    "Leqal" həmin fotoların bəzilərini təqdim edir.

    lent.az
    PAYLAŞ:

    Oxşar xəbərlər