“Elektrik mühərrikli avtomobillər gömrük rüsumundan azad edilsin”

“Elektrik mühərrikli avtomobillər gömrük rüsumundan azad edilsin”
  • İqtisadiyyat

  • Məşhur Məmmədov: “Bu avtomobillərdən istifadə ekoloji təhlükəsizlik baxımından da faydalı olar”

    Millət vəkili Məşhur Məmmədov parlamentin bu gün keçirilən plenar iclasında "elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında" qanun layihəsinin müzakirəsi zamanı maraqlı təkliflə çıxış edib.

    LEQAL.AZ xəbər verir ki, millət vəkili ekoloji təhlükəsizliyin təmini baxımından mühüm rol oynayan elektrikli avtomobillərin ölkəyə gətirilməsi üçün daha əlverişli şəraitin yaradılmasının vacibliyinə diqqət çəkib:

    “Hesab edirəm bu qanun layihəsi günün tələblərinə tam uyğundur. Çünki sözügedən qanun layihəsi həm ətraf mühitin qorunması, həm də digər sahələri əhatə edir. Qəbul olunmuş qanun layihələri ətraf mühitin qorunması və yaxşılaşmasına xidmət məqsədi daşıyır. Bu gün bir çox sahələrə vəsait ayrılır. Hesab edirəm ki, bu sahəyə də dövlət vəsaiti və investisiyalar lazımdır.

    Ekoloji mühitin təmizliyi, təbiətin qorunması müasir dünyamızın ən aktual məsələlərindən biridir. Bu baxımdan son illər bütün dünyada elektrik avtomobillərinin önəmi sürətlə artmaqdadır. Azərbaycanda da elektriklə hərəkət edən maşınlardan istifadənin təşviq edilməsinə ciddi ehtiyac var. Bunun üçün həmin avtomobillərin ilk növbədə gömrük rüsumundan azad edilməsi vacibdir.

    Bu gün ölkəmizdə mühərriklərə görə, rüsumların azaldılması aksizi olmasa da, avtomibillərdə gömrük rüsumu 15% var. Hətta qonşu ölkələrdə - Rusiyada, Türkiyədə maşınlar gömrük rüsumlarından azaddır.

    Təklif edirəm ki, Azərbaycana elektrikli maşınların gətirilməsi ilə bu sahə gömrük rüsumlarından azad olunsun. Bu, ətraf mühitin mühafizəsi baxımından önəmli addım olar. Əgər bu baş verərsə, o zaman qısa müddətdə elektriklə çalışan avtomobillərin idxalında əhəmiyyətli artımı təmin edə bilərik"./moderator.az

    LEQAL.AZ
    PAYLAŞ:

    Oxşar xəbərlər