İnformasiya texnologiyaları şirkətlərinin rəhbərləri ilə müzakirələr aparılıb

İnformasiya texnologiyaları şirkətlərinin rəhbərləri ilə müzakirələr aparılıb
  • İqtisadiyyat

  • Dördüncü sənaye inqilabı şəraitində Azərbaycanın IT şirkətləri ölkədə iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılması, rəqəmsal transformasiya, “ağıllı şəhər” və “ağıllı kənd” layihələrinin inkişafında əhəmiyyətli imkanlara malikdir. Xüsusən də IT məhsullarının ixracı yeni əlavə dəyər və yüksək gəlirli iş yerləri deməkdir.

    İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən (İİTKM) LEQAL.AZ-a bildirilib ki, bu sözləri İİTKM-nin icraçı direktoru Vüsal Qasımlı Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumuna (AZİNNEX) daxil olan şirkətlərin rəhbərləri ilə görüşdə deyib.

    O, dövlət idarəçiliyinin, iqtisadi və sosial proseslərin rəqəmsallaşdırılması, o cümlədən e-hökumət, e-ticarət, elektron kənd təsərrüfatı, e-bankçılıq, e-səhiyyə və e-təhsil sahəsində aparılan siyasətdən danışıb.

    Azərbaycanın ən böyük informasiya texnologiyaları şirkətlərinin (“CyberNet”, “BestComp”, “B.EST Solutions”, “İDRAK”, “Ultra”, “SİNAM”, “RİSK”, “İnnovasiya Mərkəzi”) nümayəndələri ölkədə rəqəmsal ekosistemin daha da təkmilləşdirilməsi istiqamətində təkliflərini səsləndiriblər. Dövlət-özəl dialoqu şəraitində təkliflərin Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyada müzakirəyə çıxarılması qərara alınıb.

    Müzakirə zamanı İİTKM-in innovativ layihələri (“DTH”, “Azexport”, “EnterpriseAzerbaijan”) və AZİNNEX üzvləri arasında əməkdaşlıq perspektivləri də müzakirə edilib. “Made in Azerbaijan” brendinin dünya bazarına çıxarılmasını təmin edən “Azexport” portalı vasitəsilə IT xidmətlərin ixracının daha da artırılması, “DTH”ın tərkib hissəsi olduğu Rəqəmsal Ticarət Konsorsiumunun AZİNNEX ilə əməkdaşlığı, IT layihələrin “EnterpriseAzerbaijan” portalının əməkdaşlıq etdiyi xarici kraudfandinq platformalarına çıxarılması imkanları da bu mövzular sırasında olub.
    PAYLAŞ:

    Oxşar xəbərlər