Abonentlər qaz təchizatında dayandırmalara dair məlumatları SMS formasında alacaq.
“Azəriqaz” İstehsalat Birliyindən LEQAL.AZ-a verilən məlumata əsasən, qaz təchizatında hər hansı bir səbəbdən dayandırma olarsa, bu barədə məlumatların abonentlərə SMS bildiriş formasında göndərilməsi planlaşdırılır.
Bildirilib ki, bu proses pilot layihə olaraq ilkin mərhələdə Bakı şəhəri və Abşeron yarımadasına daxil olan 12 inzibati rayonda reallaşdırılacaq. Daha sonra bölgələrdə də layihənin həyata keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, qaz təchizatında dayandırmalara dair SMS bildirişlərin göndərilməsinə yaxın 10 gün ərzində start veriləcək.