“Azərişıq” hava şəraiti ilə əlaqədar gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir

“Azərişıq” hava şəraiti ilə əlaqədar gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir
  • İqtisadiyyat

  • Havaların kəskin soyuyacağı, qar və sulu qar yağacağına dair Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin yaydığı məlumatla əlaqədar olaraq “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti (ASC) gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir.

    ASC-dən LEQAL.AZ-a bildirilib ki, bununla əlaqədar Bakı şəhəri və regionlarda gücləndirilmiş iş və növbətçilik sistemi təşkil olunub. Həmçinin ərazilərə əlavə mal-material və maşın-mexanizmlərin cəlb edilməsi ilə bağlı tapşırıq verilib.

    “Azərişıq” istehlakçılara müraciət edərək bildirir ki, elektrik enerjisi təchizatı ilə əlaqədar qarşılaşdıqları hər hansı problemlə bağlı 24 saat fəaliyyət göstərən və bütün ölkə ərazisini əhatə edən 199 saylı Çağrı mərkəzi ilə əlaqə saxlasınlar.
    PAYLAŞ:

    Oxşar xəbərlər