2021-ci ilin yanvar ayında ölkə üzrə gündəlik neft (kondensatla birlikdə) hasilatı 752 min barrel olub. Bunun 593 min barrelini xam neft, 159 min barrelini isə kondensat təşkil edib.
Bu barədə LEQAL.AZ-a Energetika Nazirliyindən məlumat verilib.
“Əməkdaşlıq Bəyannaməsi”nə əsasən, 2018-ci ilin oktyabr ayında gündəlik xam neft hasilatı 718 min barrel olmuş Azərbaycan 2021-ci ilin yanvar ayındagündəlikxam neft hasilatını123 min barrel azaldaraq 595 min barrel həcmində saxlamalıdır.
Qeyd edək ki, cari ilin 5yanvar tarixində keçirilmiş “OPEC plus” ölkələri nazirlərinin 13-cü iclasındagündəlik xam neft hasilatı üzrə mövcud kvotaların fevral və mart aylarında da davam etdirilməsi barədə qərar qəbul edilib. Yeni razılaşmaya əsasən, “OPEC plus” ölkələrinin gündəlik xam neft hasilatı üzrə ixtisarları fevralda 7milyon125 min barrel, martda isə 7 milyon50 min barrel təşkil etməlidir.Azərbaycanın bu ilin yanvar ayındakı 123 min barrel həcmində öhdəliyi fevral vəmart aylarında sabit şəkildə qalmalıdır.