Paytaxtın daha bir küçəsində xüsusi avtobus zolağı yaradılıb - FOTO

Paytaxtın daha bir küçəsində xüsusi avtobus zolağı yaradılıb - FOTO
  • İqtisadiyyat

  • Paytaxtın daha bir küçəsində xüsusi avtobus zolağının təşkili işləri yekunlaşıb.

    Bakı Nəqliyyat Agentliyindən LEQAL.AZ-a bildirilib ki, Rəşid Behbudov küçəsi boyunca avtobus zolağının tələbinə uyğun üfüqi nişanlanma xətləri çəkilib və zolağın qüvvədə olduğunu bildirən yol nişanı qoyulub.

    Sürücülərdən xahiş edilir ki, qeyd olunan küçədə xüsusi avtobus zolaqlarının və yol nişanının tələbinə əməl etsinlər.

    Qeyd edək ki, R.Behbudov küçəsindən gün ərzində ümumilikdə 10 müntəzəm marşrut xətti üzrə 150-dək avtobus keçir. Sürücülər zolağın tələbinə əməl etməklə gün ərzində orta hesabla 120 minədək ictimai nəqliyyat istifadəçisinin rahat, maneəsiz və əlavə vaxt itkisinə məruz qalmadan çatmasına şərait yaratmış olacaq.

    PAYLAŞ:

    Oxşar xəbərlər