Keçən il ölkədən 1 milyard 323,5 milyon kilovat/saat elektrik enerjisi ixrac edilib.
Dövlət Gömrük Komitəsindən (DGK) LEQAL.AZ-a bildirilib ki, ixrac edilən elektrik enerjisinin dəyəri 59,8 milyon ABŞ dolları olub.
Xatırladaq ki, 2019-cu ildə Azərbaycandan 1 milyard 770,6 milyon kilovat/saat elektrik enerjisi ixrac olunmuş, həmin ixracın dəyəri isə 76,8 milyon dollar təşkil etmişdi.