Gürcüstan cari ildə 2,52 milyard kubmetr təbii qaz istehlak edəcək.
LEQAL.AZ xəbər verir ki, bu barədə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin təsdiq etdiyi təbii qaz balansında qeyd olunub. Bildirilir ki, 2021-ci ildə Gürcüstan tələb olunan “mavi yanacağın” 92,3 faizini Azərbaycandan alacaq.
Gürcüstan bu il Rusiyadan 200 milyon kubmetr qaz alacaq. Rusiya qazı Gürcüstanın qaz təchizatının 7,32 faizini təşkil edəcək.