Nazir: Hazırda İtaliyaya gündəlik 10,5 milyon kubmetr Azərbaycan təbii qazı ixrac edilir

Nazir: Hazırda İtaliyaya gündəlik 10,5 milyon kubmetr Azərbaycan təbii qazı ixrac edilir
  • İqtisadiyyat

  • Hazırda İtaliyaya gündəlik 10,5 milyon kubmetr Azərbaycan təbii qazı ixrac olunur.

    LEQAL.AZ xəbər verir ki, bu sözləri energetika naziri Pərviz Şahbazov Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda müşavirədə deyib.

    “OPEC+” məhdudiyyətləri çərçivəsində neft hasilatımız keçən il 8,2 faiz azalıb. Amma, eyni zamanda, qaz hasilatı artıb və xüsusilə də qaz ixracı 16,9 faiz artaraq 13,8 milyard kubmetr təşkil edib. Bu artımın əsas səbəbi Cənub Qaz Dəhlizi olub. Siz qeyd etdiyiniz kimi, 2020-ci il dekabrın 31-dən ilk dəfə TAP vasitəsilə kommersiya qazının Avropaya nəqlinə başlanılıb. Bu, bir daha göstərdi ki, möhtərəm cənab Prezident, Sizin irəli sürdüyünüz bütün təşəbbüslər əzmlə reallığa çevrilir. Hazırda, yəni, bu gün üçün İtaliyaya gündəlik 10,5 milyon kubmetr, Yunanıstana 2 milyon kubmetr, Bolqarıstana isə 1 milyon kubmetr qaz ixrac edilməkdədir”, - deyə nazir qeyd edib.
    PAYLAŞ:

    Oxşar xəbərlər