Yanvarın 14-də Binəqədi rayonu, Mirmahmud Kazımovski küçəsinin Əlillərin Bərpa Mərkəzinin qarşısından Mirzə Məmmədxan küçəsinə kimi olan hissəsində aparılacaq təmir işləri ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.
Bu barədə LEQAL.AZ-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.