Dövlət Statistika Komitəsində Vətən müharibəsində iştirak edən əməkdaşlarla görüş keçirilib FOTO

Dövlət Statistika Komitəsində Vətən müharibəsində iştirak edən əməkdaşlarla görüş keçirilib  FOTO
  • İqtisadiyyat

  • Dekabrın 30-da Dövlət Statistika Komitəsinin (DSK) Vətən müharibəsində iştirak edən əməkdaşları ilə görüş keçirilib.

    Əvvəlcə Vətən müharibəsində, eyni zamanda, ölkəmizin ərazi bütövlüyünün təmin olunmasında şəhid olmuş oğul və qızlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    DSK-nın mətbuat xidmətindən LEQAL.AZ-a bildirilib ki, 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbriklərini çatdıran Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin qətiyyəti, müzəffər Azərbaycan Ordusunun rəşadəti nəticəsində ərazi bütövlüyümüzün bərpa olunduğunu, Azərbaycanın Vətən müharibəsində böyük Zəfər qazandığını diqqətə çatdırıb. Qeyd edilib ki, 44 günlük haqq mübarizəsində tarix yazan şanlı Ordumuz, qəhrəman əsgər və zabitlərimiz güclü dövlət və güclü ordu strategiyasını, milli birlik, həmrəylik və güclü iradə vəhdətini bütün dünyaya nümayiş etdirib.

    Çıxış edən Vətən müharibəsi iştirakçıları döyüş yolundan bəhs edib, qələbə sevincini bölüşüblər.

    Sonda Dövlət Statistika Komitəsinin Vətən müharibəsində iştirak edən əməkdaşlarına bayram hədiyyələri, həmçinin dövlət qulluğunda səmərəli fəaliyyətinə görə təltif edilənlərə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı təqdim olunub.
    PAYLAŞ:

    Oxşar xəbərlər