Azərbaycan Dəmir Yollarının kollektivi “YAŞAT” Fonduna könüllü ianə edib

Azərbaycan Dəmir Yollarının kollektivi “YAŞAT” Fonduna könüllü ianə edib
  • İqtisadiyyat

  • “Azərbaycan Dəmir Yolları” QSC-nin əməkdaşları “YAŞAT” Fonduna 657 min 801 manat vəsait ayırıblar. Bu məbləğ dəmiryolçuların əməkhaqlarından edilən könüllü ayırmalar hesabına formalaşıb.

    QSC-nin mətbuat katibliyindən LEQAL.AZ-a bildirilib ki, Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə toplanan vəsait artıq “Azərbaycan Dəmir Yolları” tərəfindən fondun hesabına köçürülüb.

    Şəhid ailələrinin və yaralanan şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platforma rolunu oynayan “YAŞAT” Fondu Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2020-ci il 8 dekabr tarixli Fərmanı ilə yaradılıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər