Ötən ay ölkəyə gətirilən avtomobillərin sayı açıqlanıb

Ötən ay ölkəyə gətirilən avtomobillərin sayı açıqlanıb
  • İqtisadiyyat

  • Oktyabrda Azərbaycana idxal olunan avtomobillərin sayı 4195 ədəd, dəyəri isə 48 milyon 721 min ABŞ dolları olub.

    Dövlət Gömrük Komitəsindən LEQAL.AZ-a verilən məlumata görə, keçən ay ölkəyə gətirilən avtomobillərin 27-si sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitəsi, 3817-si əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitəsi, 328-i yük daşımaq üçün motorlu nəqliyyat vasitəsi, 23-ü isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitəsi olub.
    PAYLAŞ:

    Oxşar xəbərlər