Azərbaycan neftinin qiyməti bahalaşıb.
LEQAL.AZ xəbər verir ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 1,47 dollar artaraq 40,78 dollar təşkil edib.
Qeyd edək ki, “qara qızıl”ın qiymətləri ABŞ-dakı prezident seçkiləri fonunda dolların zəifləməsi, eləcə də “OPEC+”un hasilat məhdudiyyətlərini artırmaqla bağlı planını təxirə saldığına dair bazar gözləntiləri ilə bahalaşır.