Pomidor yetişdirən fermerlərin rastlaşdığı çətinliklər

Pomidor yetişdirən fermerlərin rastlaşdığı çətinliklər
  • İqtisadiyyat

  • Xaçmazda 10 günə yaxındır ki, pomidor yığımına başlanılıb.

    Təsərrüfatçılar deyir ki, ötən ildən fərqli olaraq bu il sahələrində məhsul boldur. Bəzi təsərrüfatçılar özləri topladığı məhsulu daxili bazarlara çıxarsa da, bəziləri elə yerindəcə satmağa üstünlük verir. Amma hər iki halda onlar həm alıcı sarıdan, həm də qiymətlərdən narazıdırlar.

    Ötən il pomidorun bir kiloqramı 60-70 qəpiyə satılırdısa, indi heç 30-40 qəpiyə belə alıcı tapılmır. Qiymətlərin aşağı olması isə nəinki onun maya dəyərini, hətta əlavə xərclərini belə ödəmir. Belə olan halda isə alıcılıq qabiliyyəti aşağı düşən məhsul sahələrdə qalır. Beləcə, təsərrüfatçılar ikiqat ziyan etmiş olurlar.

    Fermerlərin digər bir çətinliyi isə suvarma ilə bağlıdır. Bu da məhsuldarlığa mənfi təsir göstərir.

    Xaçmaz Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, bununla bağlı təkliflər planı hazırlanıb və müvafiq qurumlara göndərilib.

    Qeyd edək ki, ötən il Xaçmazda 4 200 hektara yaxın tərəvəz məhsulu yetişdirilib. Bunun təxminən 2 050 hektarını pomidor təşkil edib. Ümumilikdə isə rayonda 60 min tona yaxın pomidor məhsulu istehsal edilib.


    PAYLAŞ:

    Oxşar xəbərlər