“Avro-2020”nin A qrupu çərçivəsində Bakı Olimpiya Stadionunda təşkil olunan İsveçrə - Türkiyə oyununu izləmək üçün Bakıda səfərdə olan FIFA prezidenti Cianni İnfantino ilə AFFA-nın prezidenti Rövnəq Abdullayev arasında görüş keçirilib.
LEQAL.AZ AFFA-ya istinadla xəbər verir ki, görüşdə “Avro-2020”nin Bakıda təşkil olunan oyunları barədə fikir mübadiləsi aparılıb. FIFA prezidenti təşkilati işlərin yüksək səviyyəsindən məmnunluğunu bildirib.