Bakıda sonuncu məşq: Türkiyə millisi İsveçrə ilə oyundan əvvəl

Bakıda sonuncu məşq: Türkiyə millisi İsveçrə ilə oyundan əvvəl
  • İdman

  • Futbol üzrə Türkiyə yığması AVRO-2020-nin qrup mərhələsinin üçüncü turunun İsveçrə ilə görüşündən əvvəl sonuncu məşqini keçirib.

    Türkiyə komandası hazırkı Avropa çempionatında indiyədək keçirdiyi iki oyunun ikisində də İtaliya (0:3) və Uels (0:2) yığmalarına uduzub. Qrupdan çıxmaq şanslarını qorumaq üçün o bazar günü Bakıda keçiriləcək qarşıalşmada mütləq qalib gəlməlidir və böyük hesabla qalib gəlsə daha yaxşı olar.

    Xatırladaq ki, Bakı Olimpiya stadionu AVRO-2020-nin dörd oyununu qəbul etməlidir. Onlardan ikisi artıq keçirilib - A qrupunda İsveçrə - Uels və Uels - Türkiyə oyunları. İsveçrə - Türkiyə oyunu isə iyunun 20-də olmalıdır.

    Həmçinin iyulun 3-də Bakıda 1/4 final oyunlarından biri keçirilməlidir.
    PAYLAŞ:

    Oxşar xəbərlər