İngiltərə millisinin futbolçusu Trent Aleksander-Arnold Avropa çempionatında iştirak etməyə bilər

İngiltərə millisinin futbolçusu Trent Aleksander-Arnold Avropa çempionatında iştirak etməyə bilər
  • İdman

  • Futbol üzrə İngiltərə millisinin və “Liverpul” klubunun futbolçusu Trent Aleksander-Arnold zədələndiyi üçün Avropa çempionatında iştirak etməyə bilər.

    LEQAL.AZ xəbər verir ki, o, ötən gün Avstriya seçməsi ilə keçirilən yoldaşlıq görüşündə zədələnərək meydanı vaxtından əvvəl tərk edib.

    İngiltərə millisinin baş məşqçisi Qaret Sautgeyt görüşdən sonra mətbuat konfransında oyunçunun bud nahiyəsindən xəsarət aldığını söyləyib. Mütəxəssis müdafiəçinin durumuna tibbi müayinədən sonra aydınlıq gələcəyini söyləyib.

    Qeyd edək ki, İngiltərə millisi “Avro-2020”nin D qrupunda Şotlandiya, Xorvatiya və Çexiya ilə birgə mübarizə aparacaq. İngilislərin ilk oyunu Xorvatiya seçməsinə qarşı olacaq.
    PAYLAŞ:

    Oxşar xəbərlər