Bədən Tərbiyəsi və İdman Akademiyası Böyük Britaniyanın qabaqcıl ali təhsil ocağı ilə əməkdaşlığa başlayıb

Bədən Tərbiyəsi və İdman Akademiyası Böyük Britaniyanın qabaqcıl ali təhsil ocağı ilə əməkdaşlığa başlayıb
  • İdman

  • Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ADBTİA) Böyük Britaniyanın qabaqcıl ali təhsil ocağı olan Liverpool John Moores Universiteti ilə əməkdaşlığa start verib.

    ADBTİA-nın mətbuat xidmətindən LEQAL.AZ-a verilən məlumata görə, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Liverpool John Moores University ilə əməkdaşlığı çərçivəsində ingilis dilində tədris olunan “İdman jurnalistikası” magistr proqramının sertifikatlaşdırılmış modulunun tədrisi həyata keçirilib və proqramın sonunda magistrantlara Liverpool Screen School adından kursu tamamladıqlarına dair sertifikatlar təqdim olunub.

    Təqdimat mərasimində Liverpool John Moores University Screen School-un direktoru, professor Rachel McLean və kursun müəllimi Pete Leydon, həmçinin ADBTİA-nın tədris və elmi işlər üzrə prorektoru Təhminə Tağızadə və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Elnur Məmmədov iştirak ediblər.

    Tədbirdə Liverpool John Moores Universiteti tərəfindən qeyd olunub ki, bu gün universitetləri bir araya gətirən məhz idmanın gücüdür. Bununla yanaşı, vurğulanıb ki, ADBTİA-nın Liverpool John Moores Universitet ilə əməkdaşlıq etməsi, həm Akademiyanın Avropa təhsil sisteminə inteqrasiya olmasına, həm də gələcək perspektivlərin genişlənməsinə şərait yaradır.

    Məzunlar isə öz növbəsində bu modulun yüksək səviyyədə tədris olunmasını xüsusi qeyd edərək onların peşəkar fəaliyyətlərində əvəzsiz rol olacağını vurğulayıblar.

    Qeyd edək ki, 2017-ci ildən tədrisi ingilis dilində aparılan “İdman tibbi və reabilitasiya”, “İdman jurnalistikası” və “İdman menecmenti” magistr proqramları, müvafiq olaraq Böyük Britaniyanın University College London (UCL), Sheffield Hallam Universiteti və Almaniyanın Tübingen Universiteti ilə əməkdaşlıq çərçivəsində tədris olunur.
    PAYLAŞ:

    Oxşar xəbərlər