Bakıda təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində növbəti yoxlama oyununu keçirib.
LEQAL.AZ xəbər ki, Birinci Divizion təmsilçisi “Qaradağ Lökbatan”la qarşılaşma 3:3 hesabı ilə başa çatıb. U-21-in qollarını Veysəl Rzayev, Vüsal Əsgərov və Ədilxan Qarəhmədov vurublar.
Millimiz sonuncu yoxlama oyununu martın 29-da Premyer Liqa təmsilçisi “Qəbələ”yə qarşı keçirəcək.