Bakıda keçiriləcək dünya çempionatı və dünya yaş qrupları yarışlarının yeni tarixləri açıqlanıb

Bakıda keçiriləcək dünya çempionatı və dünya yaş qrupları yarışlarının yeni tarixləri açıqlanıb
  • İdman

  • Beynəlxalq Gimnastika Federasiyası (FIG) bu ilin noyabrında Bakıda keçirilməsi planlaşdırılan batut gimnastikası, tamblinq və ikili minibatut üzrə 35-ci dünya çempionatının və 28-ci dünya yaş qrupları turnirlərinin yeni tarixlərini açıqlayıb.

    LEQAL.AZ Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, FIG-nin İcra Komitəsinin qərarına əsasən, həmin yarışlar əvvəl planlaşdırıldığı tarixlərdən bir həftə gec keçiriləcək. Bu dəyişiklik FIG-nin seçki konqresinin 2020-ci ilin oktyabrından 2021-ci ilin noyabrına keçirilməsi ilə əlaqədardır. FIG-nin bu qərarı milli federasiyalara hər iki tədbirdə iştirak etmək imkanı verəcək.

    Beləliklə, batut gimnastikası, tamblinq və ikili minibatut üzrə 35-ci dünya çempionatı noyabrın 18-21-də, 28-ci dünya yaş qrupları yarışları isə ayın 26-29-da təşkil olunacaq.
    PAYLAŞ:

    Oxşar xəbərlər