Teymur Rəcəbov dörddəbir finalda

Teymur Rəcəbov dörddəbir finalda
  • İdman

  • Rapid üzrə “Champion Chess Tour” çərçivəsində onlayn təşkil edilən “Airthings Masters” turnirində dörddəbir finalın iştirakçıları müəyyənləşib.

    LEQAL.AZ  bildirir ki, azərbaycanlı qrossmeyster Teymur Rəcəbov son iki turda Fransa təmsilçisi Maksim Vaşye-Laqrav və hindistanlı rəqibi Harikrişna Pentala ilə heç-heçə edib. On bir turda ümumilikdə 6 xal toplayan şahmatçımız seçmə mərhələsini beşinci yerdə başa vurub və dörddəbir finala vəsiqə qazanıb. Norveçli hazırkı dünya çempionu Maqnus Karlsen 11 turdan 6,5 xal toplayaraq birinci pillədə qərarlaşıb
    PAYLAŞ:

    Oxşar xəbərlər